Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir
Tarix: 21-07-2026 | Saat: 16:27
Bölmə:Siyasət | çapa göndər

151 il əvvəl – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanan yol bu gün müasir Azərbaycan mediasının formalaşmasına, informasiya təhlükəsizliyinin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyinin güclənməsinə qədər uzanan böyük bir inkişaf tarixidir. Milli mətbuatın yaranması dövrün ictimai tələbatından irəli gəlirdi. XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik hərəkatının genişlənməsi, milli düşüncənin formalaşması və ana dilinin inkişaf etdirilməsi zərurəti milli mətbuatın meydana çıxmasını şərtləndirdi. Həsən bəy Zərdabi bu tarixi missiyanı öz üzərinə götürərək “Əkinçi” qəzetini təsis etdi. O, mətbuatı cəmiyyətin inkişafının, xalqın maariflənməsinin və milli özünüdərkin ən təsirli vasitələrindən biri hesab edirdi. Milli mətbuatımız ötən 151 ilə yaxın dövr ərzində böyük inkişaf yolu keçmiş, cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Tarixin müxtəlif mərhələlərində mətbuat xalqın problemlərini işıqlandırmış, milli azadlıq ideyalarının yayılmasına xidmət etmiş, müstəqillik uğrunda mübarizədə əhəmiyyətli rol oynamışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda söz və mətbuat azadlığının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, demokratik cəmiyyətin qurulmasında azad medianın rolunu yüksək qiymətləndirmişdir. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmiş, bu da milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasəti daha da təkmilləşdirilmiş, media qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Medianın inkişafı üçün qanunvericilik bazası yenilənmiş, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə medianın qarşısında yeni vəzifələr dayanır. İnformasiya təhlükəsizliyinin qorunması, dezinformasiyaya qarşı mübarizə, operativ və obyektiv xəbərlərin ictimaiyyətə çatdırılması jurnalistikanın əsas prioritetlərindən biridir. Azərbaycan mediası da bu istiqamətdə öz fəaliyyətini daim təkmilləşdirir, milli maraqların qorunmasına xidmət edən informasiya siyasəti həyata keçirir.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri böyük peşəkarlıq nümayiş etdirərək cəbhədən operativ məlumatlar çatdırmış, Ermənistanın yaydığı saxta məlumatların ifşa olunmasında mühüm rol oynamışlar. Mətbuat nümayəndələri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, informasiya müharibəsində ölkəmizin mövqeyinin müdafiəsinə əhəmiyyətli töhfə vermişlər. Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ənənəvi media ilə yanaşı, elektron media və rəqəmsal platformalar da cəmiyyətin informasiya təminatında mühüm rol oynayır. Müasir jurnalistikanın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, operativlik və peşəkarlıq daim ön planda saxlanılır. Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu ərzində böyük sınaqlardan keçərək bu gün ölkəmizin ictimai-siyasi həyatının mühüm institutlarından birinə çevrilmişdir. Dövlətin mediaya göstərdiyi davamlı dəstək, həyata keçirilən islahatlar və yaradılan geniş imkanlar milli mətbuatımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan mediası bundan sonra da milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, cəmiyyətin obyektiv məlumatlandırılması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində öz məsuliyyətli missiyasını uğurla davam etdirəcək.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026