Mobil versiya
Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazındakı təhdidlərlə bağlı açıqlama verib
Tarix: 21-07-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazındakı təhdidlərlə bağlı açıqlama verib




Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəməndə fəaliyyət göstərən Ənsar Allah (Husi) hərəkatının Bab əl-Məndəb boğazında ticarət gəmilərinə yönəlik təhdidlərinə cavab olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Malikinin sözlərinə görə, Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin icrasına başlanılıb. O bildirib ki, beynəlxalq gəmiçiliyə qarşı yönələn təhdidlərə qəti şəkildə reaksiya veriləcək.

Əl-Maliki qeyd edib ki, koalisiya Husilərin ticarət gəmilərinə qarşı bəyanatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Onun sözlərinə görə, beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin qorunması prioritet məsələlərdən biridir.

Koalisiya sözçüsü həmçinin Husilərin Yəmən limanları və hava limanları ilə bağlı səsləndirdiyi iddiaları rədd edib. O, bu açıqlamaların dezinformasiya xarakteri daşıdığını və bölgədə gərginliyi artırmağa xidmət etdiyini bildirib.

Xatırladaq ki, Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini və vəziyyətin inkişafından asılı olaraq əlavə addımlar atmaq hüququnu özlərində saxladıqlarını bəyan etmişdilər. Regionda artan gərginlik beynəlxalq dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026