Mobil versiya
ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz tarif tətbiq edib
Tarix: 21-07-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz tarif tətbiq edib




ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal edilən bəzi məhsullara əlavə 50 faiz gömrük rüsumunun tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb. Müvafiq sənəd Ağ Evin rəsmi internet səhifəsində dərc olunub.

Fərmanda bildirilir ki, qərar Kanada tərəfindən Amerika məhsullarına tətbiq olunduğu iddia edilən ayrı-seçkilik xarakterli tədbirlərə cavab olaraq qəbul edilib.

Yeni tariflər şərab, xokkey avadanlıqları, sement və digər bir sıra Kanada mənşəli məhsullara şamil olunur. Bununla yanaşı, enerji məhsulları, kalium, balıq və nadir torpaq metalları əlavə rüsumdan kənarda saxlanılıb.

Sənədə əsasən, əvvəldən qüvvədə olan tarif rejiminə daxil edilmiş bəzi məhsullar üçün isə yeni 50 faizlik rüsum tətbiq edilməyəcək.

ABŞ administrasiyası hesab edir ki, yeni gömrük tədbirləri ölkənin ticarət maraqlarının qorunmasına xidmət edəcək. Tariflərin qüvvəyə minməsi ilə bağlı texniki detallar və tətbiq mexanizmləri rəsmi sənəddə əks olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026