Mobil versiya
Tramp İranla bağlı sərt xəbərdarlıq edib
Tarix: 21-07-2026 | Saat: 19:16
Bölmə:Özəl | çapa göndər

Tramp İranla bağlı sərt xəbərdarlıq edib




ABŞ Prezidenti Donald Tramp İranın amerikalı hərbçilərə qarşı hücumları ilə bağlı açıqlama verərək, ABŞ hərbçilərinə qarşı baş verəcək hücumların cavabsız qalmayacağını bildirib.

Tramp "Truth Social" platformasında paylaşdığı mesajda ABŞ hərbçilərinin həlak olması halında buna qəti cavab veriləcəyini vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, məsələ ilə bağlı müdafiə naziri Pit Heqsetə və Silahlı Qüvvələrin komandanlığına müvafiq tapşırıqlar verilib. O, hərbi rəhbərliyin vəziyyəti yaxından izlədiyini və zəruri addımların atılacağını qeyd edib.

Bəyanat ABŞ ilə İran arasında son günlər artan gərginlik fonunda səsləndirilib. Vaşinqton və Tehran arasında qarşılıqlı ittihamlar və hərbi insidentlər regionda təhlükəsizliklə bağlı narahatlıqları artırmaqda davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026