Mobil versiya
Gürcüstanda sel fəlakəti - Telavi su altında qaldı+Video
Tarix: 12-07-2026 | Saat: 13:18
Bölmə:Dünya | çapa göndər

Gürcüstanda sel fəlakəti - Telavi su altında qaldı+Video


Gürcüstanın Telavi şəhərində güclü leysan yağışlarından sonra “Telavis xevi” çayı məcrasından çıxaraq ciddi fəsadlar törədib.

“aia.az” xarici KİV-ə istinadən xəbər verir ki, sel suları şəhərin mərkəzi küçələrini, yaşayış evlərinin zirzəmilərini, mağaza və aptekləri su altında qoyub.

Təbii fəlakət səbəbindən şəhərin böyük hissəsində işıq, qaz və içməli suyun verilişi dayandırılıb, bir neçə avtomobilə ziyan dəyib.

Kaxeti bölgəsinin qubernatoru dəyən ziyanın böyük olduğunu bildirib.

Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-07-2026