"Ay Allah, heç olmasa bir damcı..." – Rusiyada benzin böhranı sürücüləri çıxılmaz vəziyyətə saldı
Tarix: 09-07-2026 | Saat: 13:37
Bölmə:Özəl | çapa göndər

Rusiyada yanacaq çatışmazlığı dərinləşdikcə sürücülərin üzləşdiyi çətinliklər də artır. Benzin qıtlığı artıq gündəlik həyatın əsas problemlərindən birinə çevrilib.
Sosial şəbəkələrdə yayılan görüntü və paylaşımlarda yanacaqdoldurma məntəqələrinin qarşısında yaranan vəziyyət ironik şəkildə təsvir olunur. İstifadəçilər benzini "ən qiymətli nemət", yanacaqdoldurma məntəqələrini isə "möcüzə gözlənilən yer" adlandırırlar.
Yanacağı tükənmək üzrə olan sürücülər uzun növbələrdə saatlarla gözlədiklərini, bəzilərinin isə ümumiyyətlə benzin tapa bilmədikləri üçün yolda qaldıqlarını bildirirlər. Yanacaq əldə edə bilənlər isə bunu böyük uğur kimi qiymətləndirirlər.
Müşahidəçilərin fikrincə, yanacaq təminatında yaranmış problemlər ölkənin müxtəlif bölgələrində nəqliyyatın normal fəaliyyətinə də mənfi təsir göstərməyə başlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər