Tokayevin siyasi gələcəyi yenidən gündəmdə – Varislik ssenarisi dəyişirmi?
Tarix: 09-07-2026 | Saat: 20:03
Bölmə:Özəl | çapa göndər

Qazaxıstanda Konstitusiya Məhkəməsinin son qərarı prezident Kasım-Jomart Tokayevin siyasi gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Məhkəmənin yeni konstitusiya ilə bağlı şərhi Tokayevin 2029-cu il prezident seçkilərində yenidən namizəd olmasına hüquqi imkan yaradır. Qərara əsasən, yeni Konstitusiyanın qüvvəyə minməsi ilə ali dövlət vəzifələri üzrə səlahiyyət müddətlərinin hesablanması yenidən başlayır və əvvəlki dövrdəki müddətlər nəzərə alınmır.
Rəsmi Astana bu qərarın hüquqi xarakter daşıdığını və siyasi məqsəd güdmədiyini bildirsə də, ekspertlər onun siyasi nəticələrinin qaçılmaz olduğunu vurğulayırlar. Xatırladılır ki, Tokayev 2022-ci il seçkiləri zamanı yalnız bir prezident müddəti ilə kifayətlənəcəyini bəyan etmişdi.
Politoloqlar hesab edirlər ki, yaranmış hüquqi imkan hakimiyyət daxilində varislik məsələsinə də təsir göstərə bilər. Onların fikrincə, bu qərar Tokayev üçün gələcək siyasi ssenariləri açıq saxlayan ehtiyat mexanizmi rolunu oynayır və ölkədə hakimiyyətin ötürülməsi modelinə yeni elementlər əlavə edir.
Ekspertlər qeyd edirlər ki, hazırda Tokayevin mümkün varisi ilə bağlı rəsmi açıqlama yoxdur. Bununla yanaşı, yeni konstitusiyada vitse-prezident institutunun bərpası da gələcək hakimiyyət keçidinin mümkün mexanizmlərindən biri kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər