Rusiya seçkidə istədiyinə qismən nail oldu – Paşinyana yeni təzyiq dalğası
Tarix: 08-06-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Ermənistanda keçirilən parlament seçkiləri təkcə daxili siyasi mübarizə deyil, həm də Rusiya ilə Qərb arasında geosiyasi rəqabətin növbəti mərhələsi kimi qiymətləndirilir.
Politoloq Oqtay Qasımovun fikrincə, Nikol Paşinyan seçkilərdə qalib gəlsə də, Moskva əsas hədəflərindən birinə çatmağı bacarıb. Belə ki, Rusiyaya yaxın siyasi qüvvələrin parlamentdəki təmsilçiliyi əvvəlki seçkilərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Ekspert qeyd edir ki, Paşinyanın partiyası hakimiyyəti qorusa da, parlamentdəki üstünlüyü zəifləyib. Əvəzində Rusiyayönlü müxalifətin güclənməsi Moskvanın İrəvandakı siyasi təsir imkanlarını artırıb. Bu isə gələcəkdə Paşinyanın qərarlarına qarşı daha ciddi müqavimətin formalaşacağı anlamına gəlir.
Oqtay Qasımov hesab edir ki, Paşinyan bundan sonra həm Qərblə yaxınlaşma siyasətini davam etdirməyə, həm də Rusiya ilə münasibətləri tam pozmamağa çalışacaq. Çünki Ermənistanın iqtisadiyyatı, enerji sektoru və təhlükəsizlik sistemi hələ də böyük ölçüdə Moskva ilə bağlıdır.
Politoloqun sözlərinə görə, seçkinin nəticələri Azərbaycan-Ermənistan sülh prosesinə də təsir göstərə bilər. O hesab edir ki, sülh sazişinin qarşısındakı əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bunun üçün isə referendumun keçirilməsi vacib sayılır.
Ekspertin qənaətinə görə, Paşinyan sülh prosesini davam etdirmək istəsə də, daxildə güclənən müxalifət və Rusiyanın təsir imkanları onun qarşısında yeni siyasi maneələr yarada bilər. Buna baxmayaraq, İrəvanın regional sabitlik və sülh istiqamətində addımlar atmağa məcbur olduğu da vurğulanır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-06-2026