Mobil versiya
Uşaqlarda rəqəmsal düşüncə formalaşdırılmalıdır - Natiq Məmmədli
Tarix: 08-06-2026 | Saat: 12:52
Bölmə:Manşet / Media | çapa göndər

Uşaqlarda rəqəmsal düşüncə formalaşdırılmalıdır -

18 yaşa qədər uşaq və gənclərdə rəqəmsal düşüncə formalaşdırılmalıdır.

aia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi tətbiq olunmalıdır: "Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik".

N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:

"18 yaşa qədər rəqəmsal düşüncə uşaq və gənclərdə formalaşdırılmalıdır. Rəqəmsal reallığın pozitiv tərəfləri də çoxdur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-06-2026