Mobil versiya
SOCAR-ın prezidenti “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb -Foto
Tarix: 01-06-2026 | Saat: 21:29
Bölmə:Gündəm | çapa göndər

SOCAR-ın prezidenti “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb

1 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Qəri Quidri ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə şirkətlər arasında əlaqələrin dinamik inkişafı məmnunluqla qeyd olunub. Cari ilin fevralında SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında Sazişin icrası üzrə görülən işlər nəzərdən keçirilib.

Tərəflər upstream fəaliyyəti üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026