Mobil versiya
SOCAR-ın prezidenti “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb -Foto
Tarix: 01-06-2026 | Saat: 20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb

1 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə SOCAR ilə “ExxonMobil Corporation” arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.

Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026