Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın beynəlxalq investor kimi çıxış etməsi dövlətin iqtisadi gücünün və maliyyə imkanlarının artmasının göstəricisidir”
Tarix: 01-06-2026 | Saat: 18:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın beynəlxalq investor kimi çıxış etməsi dövlətin iqtisadi gücünün və maliyyə imkanlarının artmasının göstəricisidir”

“Qlobal miqyasda enerji bazarlarında müşahidə olunan dəyişikliklər, iqlim gündəliyi ətrafında gedən müzakirələr və beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşması fonunda Azərbaycanın enerji sektorunda rolu getdikcə daha da artır. Cari ilin iyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, müasir dünyada enerji siyasətinə yalnız ideoloji və ya emosional yanaşma ilə deyil, ilk növbədə realizm və praqmatizm prizmasından baxmaq lazımdır. Son illərin təcrübəsi göstərir ki, dünya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün enerji təhlükəsizliyi hələ də əsas prioritetlərdən biridir. Bərpaolunan enerji mənbələrinin inkişafı mühüm əhəmiyyət daşısa da, mövcud şəraitdə qazıntı yanacaqları qlobal enerji balansının ayrılmaz hissəsi olaraq qalır.”

Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.

Daha sonra millət vəkili Prezident İlham Əliyevin ölkəmizin artıq beynəlxalq investor kimi çıxış etməsi ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edib: “Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın iqtisadi inkişaf modelinin yeni mərhələyə daxil olması ilə bağlı idi. Əgər 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində ölkənin əsas vəzifəsi xarici investorları cəlb etmək idisə, bu gün Azərbaycan özü beynəlxalq investor kimi çıxış edir. Bu dəyişiklik dövlətin iqtisadi gücünün və maliyyə imkanlarının artmasının ən aydın göstəricilərindən biridir. Müasir geosiyasi reallıqlar fonunda nəqliyyat və logistika marşrutları da ən az enerji resursları qədər strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan son illər ərzində dəmir yolu və avtomobil yolu infrastrukturuna milyardlarla dollar həcmində investisiya yatıraraq Avrasiya məkanında mühüm tranzit qovşağı formalaşdırıb. Artıq Şərq-Qərb dəhlizi beynəlxalq yükdaşımaların əsas istiqamətlərindən birinə çevrilib. Asiyanı Avropa ilə birləşdirən bu marşrut qlobal ticarətin fasiləsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Zəngəzur dəhlizinin perspektivləri regionun iqtisadi inteqrasiyası baxımından yeni imkanlar yaradır. Bu layihənin reallaşması Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi daha da gücləndirəcək.
Əslində, enerji layihələri ilə nəqliyyat dəhlizləri arasında birbaşa əlaqə mövcuddur. Hər iki istiqamət ölkənin strateji mövqeyini möhkəmləndirir, iqtisadi potensialını artırır və beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan Bakı Enerji Həftəsində səsləndirilən mesajlar Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini əks etdirir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026