Ermənistanın yeni silahları diqqət mərkəzində: İran bombaları nəyi dəyişir?
Tarix: 01-06-2026 | Saat: 20:04
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Rusiya istehsalı olan Su-30SM qırıcılarını İran istehsalı “Yasin” tipli idarə olunan bombalarla təchiz etməsi regionda diqqətlə izlənilən məsələlərdən birinə çevrilib. Hərbi müşahidəçilər bunu İrəvanın silah arsenalını müxtəlif mənbələr hesabına genişləndirmək siyasətinin növbəti nümunəsi kimi qiymətləndirirlər.
Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Azərbaycan sərhədləri yaxınlığında baş verən bütün hərbi yeniliklər və yeni silah sistemləri daim nəzarətdə saxlanılır. Bu baxımdan əsas məsələ narahatlıq deyil, vəziyyətin diqqətlə izlənilməsi və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsidir.
Ekspert qeyd edir ki, Ermənistan son illərdə müxtəlif ölkələrdən hərbi texnika və silahlar əldə etməyə çalışır. Hərbi paradlarda Rusiya, Fransa, Hindistan, İran və Çin mənşəli silahların nümayiş etdirilməsi də bu siyasətin göstəricisi hesab olunur.
Onun fikrincə, Ermənistan yalnız müdafiə xarakterli deyil, həm də hücum imkanlarını artıran silah sistemlərinə üstünlük verir. Xüsusilə hava hücumundan müdafiə vasitələri, anti-dron texnologiyaları və pilotsuz uçuş aparatları sahəsində inkişaf diqqət çəkir.
Səxavət Məmməd hesab edir ki, regionda müəyyən risklər qalmaqda davam etsə də, Azərbaycan Silahlı Qüvvələri və hava hücumundan müdafiə sistemləri mümkün təhdidlərə cavab vermək üçün kifayət qədər hazırlıqlı vəziyyətdədir. Bu səbəbdən hərbi balansın qorunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi əsas prioritet olaraq qalır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər