Avropada hakimlərin ifadə azadlığını qoruyan mühüm QƏRAR
Tarix: 01-06-2026 | Saat: 18:38
Bölmə:Özəl | çapa göndər

Avropa İnsan Hüquqları Məhkəməsinin Macarıstan Ali Məhkəməsinin sabiq sədri Andraş Baka ilə bağlı qərarı hakimlərin ifadə azadlığının qorunması sahəsində mühüm presedent hesab olunur. Məhkəmə müəyyən edib ki, məhkəmə-hüquq islahatlarını tənqid etdiyinə görə hakimin vəzifədən uzaqlaşdırılması onun fundamental hüquqlarına müdaxilə olmaqla yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyinə də zərbə vurur.
Tanınmış vəkil Cavad Cavadov bildirib ki, hakimlərin müstəqilliyi yalnız onların qərar qəbul edərkən təzyiqdən uzaq olması ilə məhdudlaşmır. Hakimlər həmçinin hüququn aliliyi, məhkəmə sisteminin fəaliyyəti, qanunvericilik dəyişiklikləri və islahatlarla bağlı peşəkar mövqelərini sərbəst ifadə etmək imkanına malik olmalıdırlar.
Onun sözlərinə görə, Andraş Baka məhkəmə sistemində aparılan bəzi dəyişiklikləri açıq şəkildə tənqid etdikdən sonra səlahiyyət müddəti başa çatmadan vəzifəsindən uzaqlaşdırılıb. Avropa Məhkəməsi isə bu addımın sadəcə struktur islahatları ilə bağlı olmadığını, hakimin ictimai şəkildə ifadə etdiyi peşəkar mövqelərlə əlaqəli olduğunu müəyyən edib.
Cavad Cavadov qeyd edib ki, bu qərarın ən vacib məqamlarından biri “çəkindirici effekt” anlayışının tətbiqidir. Yəni bir hakimin fikirlərinə görə cəzalandırılması digər hakimlərə də susmaq mesajı verir. Nəticədə bir çox hakimlər yalnız təqaüdə çıxdıqdan sonra məhkəmə sistemindəki problemlər barədə açıq danışmağa üstünlük verirlər.
Hüquqşünas hesab edir ki, demokratik cəmiyyətlərdə hakimlərin peşəkar fikirləri təhlükə deyil, hüquq sisteminin inkişafına töhfə kimi qəbul edilməlidir. Çünki məhkəmə sistemindəki problemləri, qanunvericilikdəki boşluqları və islahat ehtiyaclarını ən yaxşı bilən şəxslər məhz həmin sistemin daxilində çalışan hakimlərdir.
Baka işi bir daha göstərir ki, məhkəmə hakimiyyətinin müstəqilliyi yalnız məhkəmə qərarları ilə ölçülmür. Hakimlər eyni zamanda hüququn aliliyi və məhkəmə sisteminin gələcəyi ilə bağlı fikirlərini qorxu və təzyiq olmadan ifadə edə bilməlidirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər