Mobil versiya
SOCAR-ın prezidenti, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti arasında görüş keçirilib -Foto
Tarix: 01-06-2026 | Saat: 17:14
Bölmə:Gündəm / İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti arasında görüş keçirilib

1 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında görüş keçirilib.

Görüşdə SOCAR, “TotalEnergies” və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçiriblər. Bu xüsusda, SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026