Mobil versiya
Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib
Tarix: 18-05-2026 | Saat: 20:45
Bölmə:Siyasət | çapa göndər

Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib


Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib.
"aia.az" xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir WUF13-ün yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycanı təbrik edib:

"Burada müxtəlif ölkələrin pavilyonlarını gəzdim və məmnun qaldım. Birləşmiş Ərəb Əmirlikləri ilə şəhərsalma sahəsində bir sıra danışıqlar apardıq və görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik".

M.Kurum həmçinin diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf etməkdə və möhkəmlənməkdədir:

"Türkiyə və Azərbaycan liderlərinin siyasi baxımdan aldığı qərarlar hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-05-2026