Mobil versiya
Qazaxda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub -Fotolar
Tarix: 18-05-2026 | Saat: 17:10
Bölmə:Siyasət | çapa göndər

Qazaxda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə YAP Qazax rayon təşkilatı Aparatının əməkdaşları və fəalları Qazax Tarix - Diyarşünaslıq muzeyini, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeylərini ziyarət ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin və Möhtərəm Prezident İlham Əliyev cənablarının çoxşaxəli fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş müqəddəs şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər bölmələrinə, M.P.Vaqif və M.V.Vidadinin həyat və yaradıcılığını əks etdirən fotolara, XVIII əsrə aid məişət, bəzək əşyalarına, paltarlara, silahlara, tablolara və s. baxıblar.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycanda milli - mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı göstərilib. Ölkəmizdə muzey işinin inkişafı da məhz, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və milli - mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi - texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərin şəxsi təşəbbüsü ilə görkəmli şəxsiyyətlərin memorial - xatirə, ev muzeyi, bölgələrdə tarix - diyarşünaslıq muzeyləri yaradılmışdır.
YAP Qazax rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş muzey işinin inkişafının bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları və ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və xoş arzularını bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-05-2026