Mobil versiya
"Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır" - Hikmət Hacıyev
Tarix: 18-05-2026 | Saat: 13:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır" -

Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.

O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi Bakı Olimpiya Stadionundan paylaşdığı videonun üzərində qeyd edib:

"Artan qlobal gərginliklər və münaqişələr fonunda Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır. Dünyanın hər yerindən iştirakçıları bir araya gətirən WUF13 rəsmi olaraq öz işinə başlamışdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-05-2026