Mobil versiya
Ronaldo adını tarixə yazdırdı
Tarix: 08-05-2026 | Saat: 08:49
Bölmə:İdman | çapa göndər

Ronaldo adını tarixə yazdırdı

Səudiyyə Ərəbistanı Futbol Liqasının 33-cü turunda “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”ı 4-2 hesabı ilə məğlub edib.

aia.az xəbər verir ki, qonaq komandanın qollarına Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kristiano Ronaldo (75) imza atıb. Meydan sahiblərindən isə Yannik Karrasko (30) və Əli Əl-Bulayhi (80) adını tabloya yazdırmağı bacarıb.

Bildirilib ki, bu, Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında 100-cü qolu olub.

“Əl-Nəsr”ə 2022-ci ilin dekabrında qoşulan portuqaliyalı hücumçu peşəkar karyerasının 971-ci qolunu vuraraq futbolda bütün zamanların ən çox qol vuran oyunçusu olub.

Ronaldo oynadığı bütün liqalarda 100 qol həddini keçib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026