Mobil versiya
Ləğv edilən qurumların rəhbərləri kimdir? -MARAQLI FAKTLAR
Tarix: 07-05-2026 | Saat: 22:39
Bölmə:Ölkə | çapa göndər

Ləğv edilən qurumların rəhbərləri kimdir? -MARAQLI FAKTLAR


Azərbaycanda iki qurum - “BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilib və Bakı Metropoliteninə birləşdirilib. Bu barədə mayın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

Ləğv edilmiş qurumlar və onların rəhbərləri ilə bağlı faktları təqdim edirik:

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

“BakuBus” MMC-nin direktoru Hikmət Qəribovdur. O, bu vəzifəyə 2024-cü il aprelin 19-da təyin edilib. H.Qəribov direktor vəzifəsində Elnur Qarayevi əvəzləmişdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Taksi Xidməti” MMC Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdı.

“Bakı Taksi Xidməti” MMC-yə Fuad Əliyev rəhbərlik edir. O, 2019-cu ilin iyul ayında əvvəlki direktor Ələsgər Şirinov vəzifəsindən ayrıldıqdan sonra bu quruma rəhbər təyin edilib.

Fuad Əliyev buna qədər həmin müəssisədə direktor müavini vəzifəsində çalışıb./yenisabah/



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026