Ana Sayfa > İdman > Ronaldo adını tarixə yazdırdı
Ronaldo adını tarixə yazdırdıBu gün, 08:49. Yazar: Subhan |
![]() Səudiyyə Ərəbistanı Futbol Liqasının 33-cü turunda “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”ı 4-2 hesabı ilə məğlub edib. aia.az xəbər verir ki, qonaq komandanın qollarına Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kristiano Ronaldo (75) imza atıb. Meydan sahiblərindən isə Yannik Karrasko (30) və Əli Əl-Bulayhi (80) adını tabloya yazdırmağı bacarıb. Bildirilib ki, bu, Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında 100-cü qolu olub. “Əl-Nəsr”ə 2022-ci ilin dekabrında qoşulan portuqaliyalı hücumçu peşəkar karyerasının 971-ci qolunu vuraraq futbolda bütün zamanların ən çox qol vuran oyunçusu olub. Ronaldo oynadığı bütün liqalarda 100 qol həddini keçib. aia.az Geri dön |