Sahibə Qafarova: “Parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə, konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir”
Tarix: 07-05-2026 | Saat: 18:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

Parlament diplomatiyası dialoqun təşviq edilməsi, şəffaflığın artırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi vasitəsilə ənənəvi diplomatik kanalları tamamlayır.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin 1-ci Sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, parlament diplomatiyasının etibarlı, inklüziv olması və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanması vacibdir.
Azərbaycan parlamentinin spikeri deyib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə, konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir. Sahibə Qafarova vurğulaylıb ki, Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən spiker Sahibə Qafarova deyib ki, bu ölkələr Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər. Bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər.
Parlamentlərimizin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assamblyeası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026