Mobil versiya
Fələstində iki dövlətli həllin tərəfdarıyıq - Ərdoğan
Tarix: 08-05-2026 | Saat: 08:48
Bölmə:Dünya | çapa göndər

Fələstində iki dövlətli həllin tərəfdarıyıq -

Türkiyə Fələstində "iki dövlətli həll"in tərəfdarıdır.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdelmacid Tebbunla görüşdə deyib.

"Türkiyə və Əlcəzair olaraq bölgəmizin sülh və təhlükəsizliyini çox ciddi şəkildə təhdid edən zorakılıq sarmalının sona çatdırılmasında ortaq mövqeyə sahibik", - Ərdoğan bildirib və əlavə edib ki, İslam ölkələri arasındakı artan yaxınlaşma və əməkdaşlıq müsbət inkişafdır.

Ərdoğan bu səylərin beynəlxalq və regional ittifaqlara bənzər İslam birliyinin qurulmasına töhfə verməsini arzulayıb.

Qeyd edək ki, "iki dövlətli həll" İordan çayı ilə Aralıq dənizi arasında yerləşən ərazidə iki müstəqil dövlətin – İsrail ilə Fələstinin sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olmasını ehtiva edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026