Mobil versiya
İrəvan Fransadan hansı silahları alıb?
Tarix: 07-05-2026 | Saat: 14:49
Bölmə:Dünya | çapa göndər

İrəvan Fransadan hansı silahları alıb?

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.

aia.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Nikol Paşinyan brifinqdə çıxışı zamanı məlumat verib.

Paşinyan bunu Fransa prezidentinə son səfəri zamanı göstərilən təmtərağın nə ilə bağlı olduğuna dair suala cavabında bildirib.

Silah nümayişi Üçüncü Respublika Gününə planlaşdırılıb.

Xatırladaq ki, Ermənistan son illərdə silah tədarükünə dair Fransa ilə bir neçə müqavilə imzalayıb. Əldə edilən silahlar arasında "Caesar" özüyeriyən haubitsalar, daşına bilən zenit-raket kompleksləri, radarlar, "Bastion" zirehli maşınları və s. var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026