Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər
Tarix: 07-05-2026 | Saat: 14:49
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də ölkəmizə səfər etməsi də qarşılıqlı əlaqələrimizin güclənməsindən xəbər verir. Liderlərin görüşündə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər həyatda da öz əksini tapır. Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026