"Ötən ay Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub" - Muxtar Babayev
Tarix: 06-05-2026 | Saat: 10:54
Bölmə:Ölkə | çapa göndər

Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə selsi təşkil edib.
aia.az xəbər verir ki, bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
“2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb”, - deyə o vurğulayıb.
Muxtar Babayev bildirib ki, ölkə üzrə istilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir: “Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. Ötən il ən uzun istilik dalğası 14 gün olmaqla Şəkidə, Bakıda isə 7 gün davam edib. Sel hadislərinin sayı da artır. 2015-ci ildə ölkədə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi baş verib. 2026-cı ilin ilk aylarında da bu tendensiya davam edib. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntının miqdarı normadan 1,5-3,5 dəfə, paytaxtda isə 5 dəfə çox olub”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2026
10:40 Qətiyyətli siyasi iradə