Mobil versiya
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!
Tarix: 06-05-2026 | Saat: 09:33
Bölmə:Təhsil | çapa göndər

Övladı birinci sinfə gedəcək valideynlərin

Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır.

aia.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Birinci sinfə qəbul 5 iyun saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə