Diplomatik müstəvidə yeni mərhələ: sülh və əməkdaşlıq çağırışları - DEPUTAT
Tarix: 06-05-2026 | Saat: 11:28
Bölmə:Siyasət | çapa göndər

Avropanın siyasi gündəliyində mühüm yer tutan çoxtərəfli platformalar müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq imkanlarının genişlənməsində xüsusi rol oynayır. “Avropa Siyasi Birliyi” çərçivəsində keçirilən zirvə görüşləri yalnız siyasi müzakirə mühiti deyil, eyni zamanda regional proseslərin istiqamətini müəyyən edən beynəlxalq format kimi çıxış edir. Mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı da bu baxımdan təqdirəlayiq hadisə kimi dəyərləndirilir.
Prezident İlham Əliyev videobağlantı formatında çıxışında “Avropa Siyasi Birliyi” çərçivəsində zirvə görüşlərinin təşkili ilə bağlı formalaşan mexanizmə toxunaraq mühüm mesajları diqqətə çatdırıb. Ermənistanın 2028-ci ildə keçiriləcək Zirvə görüşünün Azərbaycanda təşkilinə dəstək verməsi regionda münasibətlərin yeni mərhələyə keçdiyini göstərən əhəmiyyətli siyasi faktor kimi çıxış edir. Bu amil uzun illər davam etmiş qarşıdurmadan sonra tərəflər arasında müəyyən etimad mühitinin yarandığını nümayiş etdirir. Eyni zamanda, sözügedən yanaşma qarşılıqlı kompromis və siyasi realizm üzərində qurulan yeni münasibətlər modelinin formalaşdığını təsdiq edir. Həmin model regionda sabitliyin möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Dövlətimizin başçısı çıxışında sülh prosesinin artıq konkret nəticələr verdiyini qeyd edib. Əldə olunmuş razılaşmalar əsasında uzun illər tətbiq edilən tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda iqtisadi münasibətlərin normallaşmasına zəmin yaradıb. Bu çərçivədə Ermənistan ərazisinə Azərbaycan vasitəsilə 28 min ton yükün daşınması və 12 min ton neft məhsullarının ixracı iqtisadi əməkdaşlığın ilkin mərhələsinin başlandığını təsdiqləyir. Bu addımlar tərəflər arasında iqtisadi əlaqələrin tədricən bərpa olunduğunu və qarşılıqlı asılılığın formalaşdığını nümayiş etdirir.
Azərbaycan Prezidenti, həmçinin regional nəqliyyat və logistika layihələrinin əhəmiyyətini vurğulayıb. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan təşəbbüs Naxçıvanla birbaşa əlaqənin təmin olunmasına xidmət etməklə yanaşı, Orta Dəhlizin tərkib hissəsinə çevrilir. Bu layihə regionun tranzit potensialını artırmaqla yanaşı, Avrasiya məkanında yeni ticarət marşrutlarının formalaşmasına imkan yaradır. Eyni zamanda, nəqliyyat infrastrukturunun inkişafı iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun qlobal iqtisadi sistemdə rolunun artmasına şərait yaradır.
Beynəlxalq münasibətlər sistemində obyektivlik və ədalətli yanaşma prinsipləri xüsusi əhəmiyyət daşıyır. Dövlətlərarası əməkdaşlığın davamlılığı bu prinsiplərin qorunmasından birbaşa asılıdır. Siyasi proseslərə balanslı və qərəzsiz münasibət sabitlik mühitinin möhkəmlənməsinə xidmət edir. Əks halda, selektiv yanaşmalar qarşılıqlı etimadı zəiflədən amillərdən birinə çevrilir. Prezident İlham Əliyev Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən nümayiş olunan yanaşmaların qeyri-obyektiv xarakter daşıdığını qeyd edib.
Qarabağda separatçılığa son qoyulduqdan sonra bu qurumlar tərəfindən qəbul edilən qətnamələr və tətbiq olunan məhdudiyyətlər ikili standartların təzahürü kimi qiymətləndirilir. Xüsusilə qısa müddət ərzində qəbul edilmiş çoxsaylı sənədlər selektiv yanaşmanın göstəricisi kimi təqdim olunur. Bəzi platformalarda iştirakın dayandırılması haqqında verilən qərarlar Azərbaycanın obyektiv mövqeyini əks etdirir.
Bütün xarici təsirlərə və müəyyən dairələrin müqavimətinə baxmayaraq, regionda sülh prosesi davam edir və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Ermənistan rəhbərliyinin də sülhə dair açıqlamaları müəyyən konsensusun formalaşdığını ifadə edir və prosesin davamlılığı üçün əlavə zəmin yaradır. Bu amil regionda yeni əməkdaşlıq mərhələsinin başlanması üçün real imkanların mövcud olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı qeyd edib: “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub”.
Beləliklə, Zirvə toplantısı çərçivəsində vurğuladığı fikirlər regionda post-münaqişə dövrünün artıq yeni mərhələyə keçdiyinin göstəricisidir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin bərpası və nəqliyyat layihələrinin inkişafı sülh prosesinin praktik məzmun qazandığını təsdiqləyir. Eyni zamanda, beynəlxalq müstəvidə obyektiv və balanslı yanaşmanın vacibliyi bir daha ön plana çıxır. Regionda davamlı sülhün təmin olunması isə həm yerli siyasi iradədən, həm də beynəlxalq aktorların ədalətli mövqeyindən asılı olaraq müəyyənləşəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2026
10:40 Qətiyyətli siyasi iradə