Təhsilin "gəmiçi" və “şərabçı” komandası: Pedaqogikanın cənazəsindəki texnokrat rəqsi
Tarix: 13-01-2026 | Saat: 16:35
Bölmə:Karusel / Manşet / Gündəm / Özəl / Təhsil / Yazar1 | çapa göndər

I yazı
Azərbaycan təhsili bu gün xaricdə alınmış bər-bəzəkli diplomların kölgəsində gizlənən, lakin milli məktəbin sinif otağındakı təbaşir tozundan belə xəbərsiz olan bir qrup texnokratın amansız eksperiment poliqonuna çevrilib. Nazir Emin Əmrullayevin "islahat" adı altında həyata keçirdiyi kadr siyasəti, təhsilin minillik pedaqoji prinsiplərini "gəmiçilik", "logistika" və "quru menecerlik" terminologiyası ilə əvəzləyərək milli maarifçiliyin onurğa sütununu sındırıb. Nazirin öz dilindən səslənən və işdən qovulan direktorların 20 faizinin məhkəmə yolu ilə öz postlarına qayıtması etirafı, əslində Elm və Təhsil Nazirliyinin hüquqi legitimliyinin rəsmi iflasıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2813/2023 və 2-1(112)-745/2024 nömrəli işlər üzrə çıxardığı qərarlar sübut edir ki, mərkəzi aparatın verdiyi hər beş əmrdən biri qanunsuzluq üzərində qurulub.
Bu hüquqi rüsvayçılığın baş aktoru isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sükanı arxasında "müvəqqəti" oturan, ixtisasca hüquqşünas olan və Londonda təhsil alması ilə hər fürsətdə öyünən Nərminə Hüseynovadır. Londonun hüquq dərsliklərində vətəndaşın əmək hüququnu tapdalamaq, qanunsuz əmrlərə imza atmaq və məhkəmə zallarında dövlət qurumunu rəzil günə qoymaqmı öyrədilir? Dövlət Əmək Müfəttişliyinin şəxsən Nərminə Hüseynovaya indiyə qədər kəsdiyi 40 min manatlıq cərimə, onun imzaladığı sənədlərin hüquqi deyil, subyektiv ambisiyalar üzərində qurulduğunun rəsmi möhürüdür. Bir hüquqşünasın rəhbərlik etdiyi qurumun məhkəmələrdə "üzüqara" çıxması paytaxt təhsilinə qarşı törədilmiş idarəçilik cinayətidir.

Bu idarəçilik eybəcərliyinin ən bariz və "ölünü də güldürəcək" nümunəsi 288 nömrəli məktəbdə baş verənlərdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Jalə xanımın Əmək Məcəlləsinin 70-ci maddəsi ilə vəzifəsindən qovulması haqqındakı əmr, əslində təhsil idarəçiliyinin nekroloqudur. Bu əmri hazırlayanların Jalə xanıma qarşı irəli sürdüyü iddialar o qədər gülünc, faktlar o qədər mənasızdır ki, bu sənədi imzalayanların peşəkar savadı ciddi şübhə doğurur. Ən acınacaqlı məqam isə müəllimin haqqını qorumalı olan Həmkarlar Təşkilatının bu prosesdəki "cəllad" roludur. Həmkarların sədri Sevinc Quliyeva (Rəsullu) rəhbərliyin sifarişini yerinə yetirmək üçün elə bir hüquqi "fokus" göstərib ki, çıxarılan qərar müdafiə aktı deyil, birbaşa ittihamnamə təsiri bağışlayır. Öz üzvünün hüququnu qorumalı olan qurumun rəhbəri, əslində BŞTİ-nin qanunsuz əmrlərini leqallaşdıran bir "notarius" funksiyasını yerini yetirir. Bu, Həmkarlar İttifaqının müəllim tərəfindən deyil, rəhbərliyin "cibində" olduğunun ən rüsvayçı isbatıdır.

Sistem elə bir absurda yuvarlanıb ki, hazırda Bakıda yüzlərlə məktəbin rəsmi direktoru yoxdur və bir nəfər eyni anda bir-birindən 10 kilometrlərlə uzaq olan 2-3 məktəbə rəhbərlik edir. Bu xaosun içində ən "uğurlu" kadrlar pedaqoji nailiyyətləri ilə deyil, Nərminə xanımın "podruqa" çevrəsinə daxil olmaqla, yaltaqlıq və xəbərçilik kimi üsullarla yüksələnlərdir. Kim daha yaxşı xəbər daşısa, kim həmkarını daha məharətlə satsa, vəzifə pillələrində o sürətlə irəliləyir.
Bu mənəvi çöküşün metodik memarı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) bu gün milli təhsilin strateji beyin mərkəzi və elmi-metodik bazası olmaq funksiyasını tamamilə itirərək, nazirliyin bürokratik qərarlarına elmi don geyindirən bir layihə ofisinə çevrilib. İnstitutun fəaliyyətindəki ən dərin çat, illərdir tətbiq olunan kurikulum sisteminin milli təhsil mühitinə uyğunlaşdırıla bilməməsi və məktəblərin heç bir elmi əsası olmayan metodik eksperimentlər poliqonuna çevrilməsidir. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, ARTİ-nin rəhbərliyi və ekspert heyəti real məktəb mühitindən, müəllim və şagird psixologiyasından tamamilə qopuq vəziyyətdə fəaliyyət göstərir, bu da dərsliklərdəki biabırçı metodik xaosun və elmi xətaların yaranmasına birbaşa zəmin yaradır.
Dərsliklərin hazırlanması və ekspertizası sahəsindəki uğursuzluqlar artıq kritik həddi aşıb; ağır dil, məntiqsiz tapşırıqlar və faktiki səhvlərlə dolu kitablar şagirdlərin qavrama qabiliyyətini iflic edir, valideynləri isə repetitor asılılığına məhkum edir. ARTİ-nin müəllimlərin sertifikasiyası və işə qəbulu (MİQ) prosesində tətbiq etdiyi qiymətləndirmə modeli də ciddi tənqid hədəfidir. Müəllimin pedaqoji səriştəsini və tədris bacarığını ölçmək əvəzinə, lazımsız faktoloji yaddaşı yoxlayan suallar sistemi, əslində müəllim nüfuzunu sarsıtmağa və onları süni bir gərginlikdə saxlamağa xidmət edir.
İnstitutun beynəlxalq donor layihələrinin icraçısı kimi çıxış etməsi milli təhsil strategiyasının arxa plana keçməsinə, yerli təhsilin fundamental problemlərinin isə görməzdən gəlinməsinə səbəb olub. 2026-cı ilin reallığında ARTİ-nin fəaliyyəti göstərir ki, qurum elmi inkişafdan çox, nazirliyin "yuxarıdan aşağı" diktə etdiyi qərarları legitimləşdirməklə məşğuldur. Elmi-tədqiqat müəssisəsi olmalı olan bir qurumun rəhbər idarəçiliyindəki qeyri-müəyyənliklər və peşəkar pedaqoqların bu proseslərdən kənarlaşdırılması təhsilin metodik bazasını tamamilə çökdürüb. Belə bir şəraitdə Təhsil İnstitutu artıq islahatların mərkəzi deyil, təhsildəki böhranın əsas memarlarından biri kimi çıxış edir.
İlham Əhmədov və Elşən Qafarov kimi ekspertlərin həyəcan təbili çalması əsassız deyil: Bu gəmi batır! Londonda "oxuyub" Bakıda qanunsuzluq dərsi keçən hüquqşünasların, iqtisadçıların və Jalə xanım kimi peşəkarları gülünc ittihamlarla sistemdən kənarlaşdıran məmurların idarə etdiyi bu sistem 2026-cı ilə milli fəlakət ərəfəsində daxil olub. Emin Əmrullayevin texnokrat komandası təhsili dirçəltmək əvəzinə, onun tabutuna son mıxları vururlar. Gəmiçilərin və şərabçıların texnokrat rəqsi isə sadəcə bu böyük faciənin musiqisidir.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2026