Mobil versiya
Əməkdar jurnalist: Azərbaycan 2026-cı ilə misilsiz nailiyyətlər və gələcəyə böyük inamla daxil olub
Tarix: 13-01-2026 | Saat: 13:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əməkdar jurnalist: Azərbaycan 2026-cı ilə misilsiz nailiyyətlər və gələcəyə böyük inamla daxil olub

Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət ölkəmizin iqtisadi qüdrətinin artmasına, sosial sahələrdə islahatların davamlı xarakter almasına və regionların inkişafına gətirib çıxarıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, səhiyyə və təhsil sahəsində həyata keçirilən genişmiqyaslı layihələr vətəndaşların mənafeyinə xidmət edir.

Eyni zamanda Azərbaycan öz peyklərini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu həm elmi tədqiqatların inkişafına, həm də milli təhlükəsizliyin güclənməsinə imkan yaradıb. Demokratik prinsiplərin möhkəmləndirilməsi, hüquqi dövlətin inkişafı və siyasi plüralizmin dəstəklənməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli enerji siyasəti Azərbaycanı regional və qlobal səviyyədə əhəmiyyətli bir aktora çevirib. Həmçinin cənab Prezidentin gənclər siyasəti və sosial yönümlü təşəbbüsləri yeni nəsilin və cəmiyyətin inkişafına önəmli təsir göstərərək gənclərin vətənpərvər, savadlı və kreativ kadr kimi formalaşmasına şərait yaradıb.

Regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən layihələr, kənd təsərrüfatı və infrastruktur sahəsində aparılan yeniliklər ölkəmizdə tərəqqinin bütün bölgələrdə bərabər şəkildə təzahür etməsinə imkan verir.

2025-ci il də dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində mühüm nailiyyətlərlə Azərbaycanın şanlı tarixinə yazıldı. Ölkəmizin strateji təşəbbüslərinin uğurla həyata keçirilməsi və davamlı inkişaf strategiyasının sistemli aparılması dövlət siyasətinin düzgünlüyünü aydın göstərir.

Fəxarətlə qeyd etmək olar ki, Vətən müharibəsində qazanılan Şanlı Zəfərin ardınca uğurla reallaşdırılan Böyük Qayıdış strategiyası Azərbaycan tarixində öz qürurlu yerini almaqdadır. 2025-ci ildə yüzlərlə sakin ata-baba yurduna qayıdaraq bu strategiyanın uğurunu bir daha təsdiqləmiş oldu.

Həmçinin 2025-ci ildə Azərbaycan Mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması milli mətbuat tariximizə verilən yüksək dəyərin göstəricisidir. Bu həm də cənab Prezidentin mətbuata, söz azadlığına və jurnalist peşəsinə göstərdiyi davamlı diqqət və qayğının bariz nümunəsidir.


2026-cı il yanvarın 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın ictimai və strateji gündəminə yön verən vacib hadisə kimi qiymətləndirilə bilər. Müsahibədə dövlət başçısı 2025-ci ilin yekunlarını dəyərləndirərək ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsi və davamlı inkişaf perspektivlərinin təmin olunmasının vacibliyini vurğulayıb.

Eyni zamanda müsahibədə ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi və regionda etibarlı tərəfdaş kimi rolunun möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Bu, Azərbaycanın strateji təşəbbüslərinin uğurla həyata keçirilməsinin, həm də dövlət siyasətinin uzunmüddətli planlı şəkildə aparılmasının bariz göstəricisidir.

Müsahibədə gələcək prioritetlərə də toxunulub. Prezident qeyd edib ki, əsas məqsəd xalqın rifahının yüksəldilməsi, sosial siyasətin şəffaflığı və iqtisadi inkişafın dayanıqlı olmasıdır. Əminliklə söyləyə bilərik ki, aparılan sosial və infrastruktur layihələri, eləcə də gənclər siyasəti Azərbaycan cəmiyyətində rəğbətlə qarşılanır. Ümumilikdə bu müsahibə yalnız dövlət siyasətinin nəticələrini nümayiş etdirmir, eyni zamanda ictimaiyyətlə açıq və səmimi dialoqun vacibliyini də göstərir. Dövlət və media arasında qarşılıqlı etimadın möhkəmlənməsi, cəmiyyətdə dövlət siyasətinə inamın artırılması və gələcək strategiyaların ictimaiyyətə çatdırılması müsahibənin ən mühüm təsirlərindən hesab edilə bilər.

Əməkdar jurnalist Rəşad Nəsirov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2026