Mobil versiya
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir
Tarix: 13-01-2026 | Saat: 12:35
Bölmə:Ölkə | çapa göndər

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir

Müasir dünyada enerji sektorunda baş verən qlobal dəyişikliklər bərpaolunan enerji mənbələrinin əhəmiyyətini daha da artırmışdır. İqlim dəyişiklikləri, ətraf mühitin qorunması və enerji təhlükəsizliyinin təmin olunması dövlətləri alternativ enerji mənbələrinə yönəlməyə sövq edir. Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək bərpaolunan enerji sahəsində mühüm uğurlar əldə edir. Bu gün ölkəmizin müxtəlif bölgələrində alternativ enerji növlərinin inkişafı bunun bariz nümunəsidir. Hazırda Azərbaycanda bərpaolunan enerji sahəsində bir sıra mühüm layihələr reallaşdırılır və yeni stansiyaların açılışı planlaşdırılır. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavatsəviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2026