Mobil versiya
15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğlanları tutuldu
Tarix: 13-01-2026 | Saat: 15:49
Bölmə:Karusel / Ölkə | çapa göndər

15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğlanları tutuldu

Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub.

aia.az Nocomment.a-a istinadən xəbər verir ki, onlardan biri Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanovdur.

15 yaşlı qıza qarşı zorakılıqda şübhəli bilinənlər arasında Sadıqov Həzi Əsgər oğlu, Aslanlı Elgün İbad oğlunun da adının olduğu deyilir. Sayt yazır ki, bu şəxslərin valideynləri rayonda geniş biznes imkanlarına sahibdirlər.

Onlardan Xəyal Qəhrəmanov dəbdəbəli həyat tərzi ilə seçilib. Sosial platformada onun bir çox bahalı avtomobilləri ilə fotoları yayımlanıb.

Xatırladaq ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə beş nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2026