Mobil versiya
İsrail Qəzzada saxlanılan 5 fələstinlini azad etdi
Tarix: 02-12-2025 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

İsrail Qəzzada saxlanılan 5 fələstinlini azad etdi

İsrail ordusu Qəzza zolağında saxlanılan beş fələstinlini azadlığa buraxıb.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) komandaları azadlığa buraxılan fələstinliləri Qəzzanın mərkəzindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətiriblər.
Azadlığa buraxılan fələstinlilərin sağlamlıq vəziyyəti hələlik məlum deyil.

İsrail ordusu tərəfindən Qəzzada saxlanılan və sonradan azad edilən bir çox fələstinli psixoloji və fiziki işgəncələrə məruz qalıb.

2023-cü ilin oktyabr ayında Qəzza zolağında hücuma başlayandan bəri İsrail ordusu qadın, uşaq və səhiyyə işçiləri də daxil olmaqla minlərlə fələstinlini həbs edib.

Qəzzada saxlanılan bəzi fələstinlilər azadlığa buraxılsa da, bir çoxunun taleyi hələ də məlum deyil.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2025