Mobil versiya
Millət Vəkili Tamam Cəfərova su probleminin həlli üçün Şamaxının bir neçə kəndinə maliyyə ayrılmasını hökumətdən xahiş etdi
Tarix: 02-12-2025 | Saat: 13:12
Bölmə:Manşet / Parlament | çapa göndər

Millət Vəkili Tamam Cəfərova su probleminin həlli üçün Şamaxının bir neçə kəndinə maliyyə ayrılmasını hökumətdən xahiş etdi

“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində son illərdə Şamaxı rayonunda müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, məktəb və uşaq bağçalarının tikintisi sahəsində xeyli işlər görülüb. Bütün bunların məntiqi nəticəsi olaraq, Şamaxının siması köklü şəkildə dəyişib.” Bu fikirləri parlamentdə büdcə müzakirələrinin gedişində millət vəkili Tamam Cəfərova öz çıxışında səsləndirib.

Şamaxını təmsil edən deputat müsbət tendensiyaları qeyd etməklə yanaşı rayonda mövcud olan problemləri də diqqət mərkəzinə gətirib: “Şamaxının bir nömrəli problemi su problemidir. Qlobal iqlim dəyişikliyinin təsiri, eləcə də əhalinin sayının və tələbatının artması nəticəsində bu gün dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib. Son illərdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində geniş islahatlar aparılıb, çox böyük işlər görülüb. O cümlədən Şamaxı rayonunda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində kifayət qədər işlər görülüb. Şamaxı şəhərinin su təchizatı tamamilə həll olunub. Amma bununla yanaşı, ryonun 30-a yaxın kəndində su problemi bu gün də qalmaqdadır. Onlardan 10-da vəziyyət xüsusilə kritikdir. Mən burada baş nazirdən, hökumət nümayəndələrindən xahiş edirəm ki, gələn ilin dövlət büdcəsindən bu kəndlərin ən azından bir neçəsində su probleminin həlli məsələsinin maliyyələşməsi imkanına baxılsın” – deyə, Tamam Cəfərova hökumətə müraciət edib.

aia.aaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026