Ana Sayfa > Özəl > İsrail Qəzzada saxlanılan 5 fələstinlini azad etdi
İsrail Qəzzada saxlanılan 5 fələstinlini azad etdiDünən, 21:19. Yazar: sevinc1 |
|
İsrail ordusu Qəzza zolağında saxlanılan beş fələstinlini azadlığa buraxıb.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) komandaları azadlığa buraxılan fələstinliləri Qəzzanın mərkəzindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətiriblər. Azadlığa buraxılan fələstinlilərin sağlamlıq vəziyyəti hələlik məlum deyil. İsrail ordusu tərəfindən Qəzzada saxlanılan və sonradan azad edilən bir çox fələstinli psixoloji və fiziki işgəncələrə məruz qalıb. 2023-cü ilin oktyabr ayında Qəzza zolağında hücuma başlayandan bəri İsrail ordusu qadın, uşaq və səhiyyə işçiləri də daxil olmaqla minlərlə fələstinlini həbs edib. Qəzzada saxlanılan bəzi fələstinlilər azadlığa buraxılsa da, bir çoxunun taleyi hələ də məlum deyil. aia.az Tərcümə şöbəsi Geri dön |