Mobil versiya
Avropa diplomatiyasının keçmiş rəhbəri saxlanıldı
Tarix: 02-12-2025 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Avropa diplomatiyasının keçmiş rəhbəri saxlanıldı

Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini Aİ tərəfindən maliyyələşdirilən diplomatik təlim proqramı ilə bağlı dələduzluq işi ilə əlaqədar həbs edilib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Avropa Baş Prokurorluğu (EPPO) Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmətinin mənzil-qərargahında axtarışlar aparılıb, üç nəfər saxlanılıb.

Prokurorluğun məlumatına görə, axtarışlar bir neçə kollec və diplomatik xidmət binalarında, habelə şübhəlilərin evlərində aparılıb.

Bundan başqa, araşdırmanın Avropa Kollecinin tenderdə qalib gəldiyi Avropa ölkələrindən olan gənc diplomatlar üçün Aİ Diplomatik Akademiyası layihəsinə aid olduğu təsdiqlənib. Qurumun rəhbərliyi tender seçimi meyarları ilə bağlı əvvəlcədən məlumatlı olduğundan şübhələnir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2025