Mobil versiya
Çinlilər Azərbaycanda villadan 357 minlik oğurluq etdi
Tarix: 27-11-2025 | Saat: 11:39
Bölmə:Ölkə | çapa göndər

Çinlilər Azərbaycanda villadan 357 minlik oğurluq etdi

Sumqayıtda “Villa Badam” yaşayış kompleksində yerləşən villadan külli miqdarda oğurluq edən Çin vətəndaşları 1981-ci il təvəllüdlü Wei Zhinjian və 34 yaşlı Wei Hongfunun məhkəmə prosesi başa çatıb.

aia.az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Wei Zhinjian 7 il 6 ay, onunla cinayət əlaqəsinə girən tanışı isə 2 il müddətinə azadlqıdan məhrum edilib.

Onlar sözügedən ünvandakı dəmir seyfdən 134500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində ziyan vurublar.

Məhkəmədə Wei Hongfu ifadəsində bildirib ki, Bakıya işləmək üçün gəliblər:

“Wei He bizi işləmək üçün Bakıya çağırmışdı. O, bizə iş tapmaq üçün ikimizin də pasportunu götürdü, lakin bizə iş tapa bilmədiyinə görə evdən oğurluq etməyimizi istədi. Wei He bizə evə girib axtarmağı, nəsə bir şey varsa götürməyi və əgər dediyini etməsək, pasportlarımızı geri qaytarmayacağını söylədi. Evə girdikdən sonra, seyf də daxil olmaqla tapdığımız hər şeyi götürdük. Daha sonra seyfi açdılar və seyfin içərisində də nə var idisə, hamısını götürdük. Wei He bizə təxminən 80000 ABŞ dolları pul verdi və Dubaya getməyimizi söylədi. Bundan sonra hava limanına getdik və bizi tutdular”.

Məhkəmədə zərərçəkən Tofiq Məmmədov (ad-soyad şərtidir) bildirib ki, oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357194 manatdan çoxdur:

“Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və onları “lom” qiyməti ilə hesablamaq olmazdı. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. “Villa Badam” yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. Mən 45 il dövlət qulluğunda işləmişəm və mənim heç bir xarici ölkə ilə əlaqəm olmayıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə