MEDİA: Azərbaycan TDT-yə üzv dövlətlərinin tədbirlərində iştirak etməkdə maraqlıdır
Tarix: 27-11-2025 | Saat: 10:35
Bölmə:Manşet / Media | çapa göndər

"Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin tədbirlərində iştirak etməkdə maraqlıdır".
aia.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən sıx əməkdaşlıq edilən qurumlardan biridir:
“TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. İclasın gündəliyində yer alan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə səylərin koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli icrası baxımından yeni imkanlar yaradır”, - o bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2025
26-11-2025