Mobil versiya
İsrail müdafiə naziri təhdid etdi: "Beyrutda sülh, Livanda nizam və sabitlik olmayacaq"
Tarix: 26-11-2025 | Saat: 23:29
Bölmə:Özəl | çapa göndər

İsrail müdafiə naziri təhdid etdi: "Beyrutda sülh, Livanda nizam və sabitlik olmayacaq"

İsrailin müdafiə naziri Yisrael Katz, təhlükəsizliyi təmin edilmədikcə, "Beyrutda sülh, Livanda nizam və sabitlik olmayacaq" deyə hədələdi.İsrail Parlamentindəki çıxışında nazir Katz 27 noyabrda əldə edilən atəşkəs razılaşmasını pozan Livana edilən hücumlara toxundu.

Katz hücumları davam etdirməklə hədələyərək dedi: "İsrail Dövlətinin təhlükəsizliyi təmin edilmədikcə, Beyrutda sülh, nizam və Livanda sabitlik olmayacaq".
Livana hücumların Hizbullahı məhv etmək məqsədi ilə həyata keçirildiyini iddia edən Katz, "Maksimum sanksiyalar davam edəcək və hətta daha da güclənəcək" dedi.

İsrail ordusu 24 noyabrda Beyrutdakı Dahiye rayonuna hava hücumu təşkil etdi. Hücumda beş nəfər öldü, 28 nəfər yaralandı.

Hizbullah hücumda ölənlərdən birinin hərbi qanadının lideri Heytəm Əli Təbatəbai olduğunu açıqladı.

Atəşkəsə baxmayaraq, İsrailin hücumları və işğalı davam edir.



aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2025