Azadlığın 5 ili: Kəlbəcər
Tarix: 25-11-2025 | Saat: 10:43
Bölmə:Siyasət | çapa göndər

Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 5 il ötür. Kəlbəcər 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata uyğun olaraq həmin il 25 noyabr tarixində azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ən böyük rayonu və ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcərin işğalına son qoyulması növbəti tarixi hadisə idi. Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Azərbaycanın dövlət bayrağını ucaldıb.
Həmin mərasimdə Prezident Kəlbəcərin azad olunmasından danışıb. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi.
Kəlbəcərdə infrastruktur sürətlə yenilənir, 82 km-lik Toğanalı-Kəlbəcər-İstisu yolunun 87 faizi hazırdır, Murovdağ tuneli isə dünyanın ən uzun tunellərindən sayılır. Rayonun enerji sistemi gücləndirilir, bir neçə su elektrik stansiyası bərpa olunub və yeniləri inşa edilib.
Azərbaycan liderinin Kəlbəcər sakinləri ilə görüşdə söylədiyi kimi, bizim işimiz quruculuqdur. Ermənilər işğal müddətində bütün şəhər və kəndlərimizi dağıdıb viran qoydular, kütləvi şəkildə minalarla çirkləndirdilər. Ən çox minalanmış ərazilərimizdən iri də məhz Kəlbəcərdir. Azərbaycan isə bərpa edir, qurur, yaradır. Kəlbəcər bu gün öz qədimliyi, eyni zamanda, müasir siması, turizm imkanları ilə göz oxşayır. Kəlbəcərin malik olduğu resurslar, aparılan quruculuq işləri Kəlbəcəri yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, regionun ən füsunkar turizm istiqamətlərindən birinə çevirəcək.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2025