Azər Məmmədov: “Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini daha institusional və dayanıqlı mərhələyə daşıyır”
Tarix: 18-11-2025 | Saat: 12:24
Bölmə:Manşet / Siyasət / Özəl / Yazar1 | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin Daşkənd sammitində səsləndirdiyi fikirlər arasında İslam Sivilizasiyası Mərkəzi barədə təqdim etdiyi dərin məzmunlu qiymətləndirmə xüsusi yer tutur. Dövlət başçısı bu Mərkəzə yalnız mədəni irsin qorunması prizmasından deyil, həm də dünyada artan islamofobiya fonunda mühüm ideoloji dayaqlar yaradan strateji institut kimi yanaşdı. Onun sözləri göstərdi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılan bu Mərkəz, əslində, İslam dünyasının gücünü, tolerantlıq fəlsəfəsini və insanlığa verdiyi tarixi töhfələri yeni formatda təqdim edən müasir mədəni-siyasi platformadır. Cənab Prezident İlham Əliyev vurğuladı ki, bəzi ölkələrdə dini dəyərlərə qarşı hücumların artdığı indiki dövrdə bu cür təşəbbüslər həm İslam ölkələrinin özünüdərkinə, həm də qlobal ictimaiyyətin maarifləndirilməsinə xidmət edir. Dövlətimizin başçısı Mərkəzi Asiya ilə Azərbaycanın ortaq köklərinin məhz belə layihələr vasitəsilə daha da gücləndiyini qeyd edərək, İslam həmrəyliyinin yalnız dini deyil, həm də siyasi və mədəni miqyasda birləşdirici güc olduğunu diqqətə çatdırdı. Cənab Prezidentin bu fikirləri təkcə bir mədəniyyət obyektinə dəyər vermə deyil, həm də Azərbaycan liderinin tolerantlıq, dini irsə hörmət və sivilizasiyalararası dialoq kimi qlobal mövzulara strateji yanaşmasının ifadəsi idi.”
Bu fikirlər öz əksini aia.az saytının baş redaktoru Azər Məmmədovun şərhində tapıb.
Media təmsilçisi daha sonra cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini sübut edən konkret faktların təqdim olunduğunu vurğulayaraq bunları deyib: “Dövlətimizin başçısı son illərdə baş tutan çoxsaylı qarşılıqlı səfərləri, strateji tərəfdaşlıq müqavilələrini, birgə investisiya fondlarını, mədəni tədbirləri yada salaraq, bu münasibətlərin rəsmi çərçivələrdən çıxıb real siyasi, iqtisadi və humanitar məzmuna çevrildiyini vurğuladı. Cənab Prezident həmçinin karbohidrogen, nəqliyyat-logistika, gömrük prosedurlarının sinxronlaşdırılması, rəqəmsal İpək Yolu, enerji ötürücü xətləri kimi istiqamətlərin regionu vahid strateji məkana çevirdiyini bildirdi. Qeyd olundu ki, Orta Dəhlizin son illər dinamik şəkildə artan yükdaşımaları, Ələt limanının və Bakı-Tbilisi-Qars xəttinin geniş imkanları Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirib. Xüsusilə vurğulanan məqam isə işğaldan azad olunmuş ərazilərin bərpasına Mərkəzi Asiya dövlətlərinin göstərdiyi qardaş dəstəyi oldu. Füzuli və Ağdamda tikilən məktəblər, Türkmənistanın məscid layihəsi bu həmrəyliyin simvolik deyil, real ifadəsidir. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin əlaqələri təkcə müştərək tarixə söykənmir, həm də gələcək onilliklər üçün ortaq geosiyasi perspektivlər formalaşdırır və bu perspektivlər bölgəni qlobal miqyasda yeni güc mərkəzinə çevirir. Eyni zamanda, Daşkənd Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına dair Qərarın qəbul olunması ölkəmizin bölgədə artan nüfuzunun bariz göstəricisidir. Bu addım Azərbaycanı artıq yalnız tərəfdaş deyil, regional qərarların formalaşdırılmasında söz sahibi olan əsas aktor kimi təsdiqləyir. Qərar həmçinin dövlətimizin balanslı xarici siyasətinin, güclənən siyasi çəkisinin və Mərkəzi Asiya liderləri tərəfindən cənab Prezident İlham Əliyevin regional əməkdaşlığa verdiyi töhfələrin yüksək dəyərləndirilməsinin nəticəsidir. Bu status Azərbaycan-Mərkəzi Asiya münasibətlərini daha da institusional və dayanıqlı mərhələyə daşıyır” – deyə, Azər Məmmədov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər