Mobil versiya
Birgə işgüzarlıq fəalyyəti artmaqdadır
Tarix: 18-11-2025 | Saat: 11:57
Bölmə:Siyasət | çapa göndər

Birgə işgüzarlıq fəalyyəti artmaqdadır

​​Cari ilin 13 noyabr tarixində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini və qardaşlıq zəminində inkişaf edən çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə göstərdi.
​Azərbaycanın bütün dünya ölkələri ilə olduğu kimi, Mərkəzi Asiyanın türkdilli dövlətləri ilədə siyasi, iqtisadi, diplomatik münasibətləri ildən-ilə daha da möhkəmlənir. Bu dövlətlər içərisində dil, soy-kök, mədəniyyət olaraq bizə doğma olan Özbəkistanla münasibətlərin özünəməxsus yeri var. İki qardaş ölkə arasında son illər genişlənən əməkdaşlıq, müttəfiqlik, strateji tərəfdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına, yaradır.
​Müsahibədə Azərbaycanla qardaş Özbəkistan arasında iqtisadi, ticarət, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı şəkildə təqdim olunub. Cənab Prezidentin Özbəkistana və bu ölkə ilə münasibətlərə verdiyi önəm müsahibədə açıq şəkildə hiss olunur. İlham Əliyevin bu səfər ərəfəsində müsahibə verməsi, əslində, münasibətlərin gələcək mərhələsinə dair yol xəritəsini ortaya qoyur.
Bu, o deməkdir ki, Özbəkistanla əlaqələr daha da inkişaf edəcək və iki doğma, qardaş xalq bir-birinə daha da yaxınlaşacaq. Müsahibə, həmçinin Prezident İlham Əliyevin 15–16 noyabr tarixlərində Daşkəndə keçiriləcək Orta Asiya dövlət başçılarının Məşvərət Toplantısına səfəri ərəfəsində verilib. Prezident İlham Əliyev artıq üçüncü dəfədir ki, bu toplantıya müşahidəçi qismində dəvət olunur. O, bundan əvvəl 2024-cü ildə Astanada, 2023-cü ildə isə Düşənbədə keçirilən görüşlərə də qatılmışdı.
​Ümumilikdə götürsək, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan yeni geosiyasi və iqtisadi platforma son illərin regional proseslərində mühüm strateji xəttə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bu əməkdaşlığın həm mahiyyətini, həm də perspektivlərini açıq şəkildə nümayiş etdirir. Azərbaycanı Mərkəzi Asiyadan fiziki olaraq ayıran Xəzər dənizi, əslində, siyasi, iqtisadi və mədəni müstəvidə birləşdirici məkandır.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025