Azər Kərimli: “Ölkəni siyasi və iqtisadi böhrandan çıxara biləcək real siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaradılması ictimai təfəkkürdə dövlətçilik düşüncəsinin qələbəsi idi”
Tarix: 18-11-2025 | Saat: 10:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

“1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən çətin, eyni zamanda dönüşlü dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə dərin siyasi böhran, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət institutları iflic vəziyyətinə düşmüş, idarəçilik xaosa bürünmüşdü. Belə bir zamanda xalqın gələcəyi barədə düşünən ziyalılar – elm və mədəniyyət xadimləri, ictimaiyyətin nüfuzlu nümayəndələri – ölkəni xilas edə biləcək yeganə yolun milli həmrəyliyin bərpası və dövlətçilik ənənələrinin bərqərar olunması olduğunu dərk etdilər. Onların bu düşüncəsi “91-lər”in tarixi müraciətində öz təcəssümünü tapdı. Həmin sənəd xalqın səsini, onun arzu və ümidlərini ifadə edirdi. Ulu Öndər Heydər Əliyev məhz ona ünvanlanan bu müraciətə cavab verərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı olacaq.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı barədə düşüncələrini ifadə edərək bildirib ki, həmin ilin 21 noyabr günü əslində tarixi zərurətin reallığa çevrildiyi gün oldu: “Məhz bu tarixi gündə ölkənin bütün bölgələrindən qədim Naxçıvan diyarına gələn 550 nümayəndənin iştirakı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu, həm də Azərbaycan xalqının taleyində yeni mərhələnin başlanğıcı idi. YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. O dövrdə müxalifət partiyası kimi fəaliyyət göstərsə də, YAP konstruktiv mövqeyi, dövlətçilik maraqlarına sadiqliyi ilə seçilirdi. Bu, Azərbaycanın demokratik siyasi mədəniyyətinin formalaşmasında mühüm addım idi. Ulu Öndər Heydər Əliyev partiyanın məqsədlərini dəqiq müəyyən etmişdi – ölkədə sabitlik yaratmaq, dövlət idarəçiliyini möhkəmləndirmək, qanunun aliliyini təmin etmək və milli birliyi qorumaq. YAP-ın qısa zamanda qazandığı xalq etimadı onun ideoloji təməlindəki səmimiyyətin, vətənpərvərliyin və məsuliyyətin göstəricisi idi. Bu gün Yeni Azərbaycan Partiyası həmin idealların daşıyıcısı kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni dövrün çağırışlarına cavab verən siyasi sistemin əsas dayağına, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Son iyirmi il ərzində partiya həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın siyasi nüfuzunun artmasına xidmət edən layihələrin əsas təşəbbüskarı olub. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Qurultayda qəbul edilən mühüm qərarlar YAP-ın həm ənənəyə sadiqliyini, həm də yeniliklərə açıq olmasını nümayiş etdirdi. Yeni Proqramda müəyyən olunan 10 strateji istiqamət və 11 əsas hədəf partiyanın qarşısında ölkənin davamlı inkişafı, milli birliyin möhkəmləndirilməsi və sosial rifahın artırılması kimi böyük vəzifələr qoydu. Bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini ifadə edən, milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və müasir inkişaf modelinin simvoludur. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri, əslində, partiyanın missiyasının mahiyyətini dəqiq ifadə edir. Yeni Azərbaycan Partiyası artıq 30 ildən çoxdur ki, dövlətin inkişafı, xalqın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ümummilli məsələlərdə fərqli fikir ola bilməz”. Məhz bu fikir YAP-ın cəmiyyətə təqdim etdiyi əsas siyasi fəlsəfədir” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər