Mobil versiya
I sinfə qəbul bu gün başa çatır
Tarix: 15-10-2025 | Saat: 13:05
Bölmə:Təhsil | çapa göndər

I sinfə qəbul bu gün başa çatır

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır.

Bu barədə aia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.

Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025