Regional sülh və təhlükəsizlik mesajı
Tarix: 15-10-2025 | Saat: 11:09
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Düşənbədəki çıxışı yalnız diplomatik münasibətlər haqqında bəyanat deyil, həm də regiondakı sülh və təhlükəsizlik proseslərinə konkret çağırış idi. İlham Əliyev çıxışında Tacikistanla əlaqələrin önəmini qeyd edərkən həm də ümumi regional təhlükəsizlik şərtlərini diqqətə çəkdi. O vurğuladı ki, MDB məkanında gərginliklərə və qarşıdurmalara yol verilməməli, dövlətlər arasında etimad mühitinin yaradılması vacibdir. Prezident həmçinin qeyd etdi ki, sülh yalnız sərhədlərin müəyyənləşməsi və politiki razılaşmalarla deyil, insanların gündəlik əlaqələri, mədəni mübadilə və regional layihələr vasitəsilə də möhkəmlənə bilər. Bu görüşlər, oyunlar, mədəni tədbirlər – bunlar gərginliyi yumşaltmaq və xalqlar arasında etimadı daha da gücləndirmək üçün vacib vasitələrdir. Məruzəsində Laçın və MDB-nin mədəniyyət paytaxtı layihəsi ilə bağlı təşəkkür nitqi əslində sülh və bərpa siyasətinin mədəni simvolu kimi təqdim edildi. Laçının dirçəlişi və mədəni dəyərlərin bərpası regionda sülh mesajını yaymaq üçün bir vasitədir. III MDB Oyunlarının Azərbaycanda keçirilməsi də sülh vizyonu baxımından önəmlidir: idman yarışları xalqlar arasında dostluq körpüsü rolunu oynayır. Oyunların Gəncə və digər şəhərlərimizdə təşkili, müxtəlif regionların iştirakı sülh ideyasını gündəmə gətirir. Düşənbə nitqi belə bir mesaj daşıyırdı: regional dövlətlər siyasi-diplomatik Diaqloq kanalları açmalı, təhlükəsizlik əməkdaşlığı mexanizmlərini gücləndirməli və qarşılıqlı faydalı layihələri genişləndirməlidirlər. Azərbaycan bu çağırışı yalnız bəyanat səviyyəsində yox, konkret fəaliyyət səviyyəsində reallaşdırmaq istədiyini nümayiş etdirir.
Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər