Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu
Tarix: 15-10-2025 | Saat: 12:11
Bölmə:Ölkə | çapa göndər

Ötən gün saat 20:00 radələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 61 yaşlı Hacı Əbilov idarə etdiyi “QAZ 3110” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, ilkin ehtimalla yüksək sürət və diqqətsizlik səbəbindən idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə dəyib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həmkəndlisi, 67 yaşlı Tofiq Ağammədov hadisə yerində həyatını itirib, Hacı Əbilov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
BDYPİ sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025
13:13 Sabah yağış yağacaq