Gülər Sultanzadə: "Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur"
Tarix: 15-10-2025 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

“Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin çoxu məhz cənab İlham Əliyevə səs vermişdir. Başqa sözlə desək, Azərbaycan xalqı öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən Gülər Sultanzadə dayanıqlı inkişafın təmin olunması xəttinin Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olduğunu qeyd edib: “Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Həmçinin çoxvektorlu siyasət yürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub.”
Daha sonra G.Sultanzadə Vətən müharibəsində əldə edilmiş tarixi qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının Azərbaycanın ən böyük nailiyyəti olduğunu vurğulayaraq bunları deyib: “Əlbəttə ki, cənab Prezident İlham Əliyevin sona çatdırdığı taleyüklü məsələlərdən danışarkən ilk növbədə 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqının milli ideyasının əsasını təşkil etmiş ölkənin ərazi bütövlüyünün bərpa olunmasını qeyd etmək lazımdır. Cənab Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər az müddət sonra Qarabağ münaqişəsinin aqibəti ilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı. Əlbəttə ki, dövlətimizin başçısından güclü siyasi iradə, qətiyyət və prinsipiallıq tələb edən bütün bu işlər böyük zəhmət və gərgin fəaliyyət sayəsində reallaşdı. 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü oldu. Ölkə Prezidenti cənab İlham Əliyev daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürütdü, zəruri addımlar atdı. Məhz güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm də özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Qısa müddət ərzində Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu istiqamətdə görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Digər tərəfdən də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Dövlət başçımızın ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi tarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb: “Möhtərəm dövlət başçımızn rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib. Cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yen, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bu status ölkəmizin yerləşdiyi regionun əsas siyasi-iqtisadi mərkəzi olmaqla, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin, eləcə də sərhədlərimizdən minlərlə kilometr məsafədə yerləşən dövlətlərin enerji təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış etməsinə zəmin yaradıb. Bu gün Avropa və dünya dövlətləri müstəqil xarici siyasət yürüdən Azərbaycanı regional sülhün və təhlükəsizliyin təmin olunması üçün istinad nöqtəsi olaraq qəbul edir və həm siyasi müstəvidə, həm də iqtisadi sahədə etibarlı, perspektivli tərəfdaş kimi görürlər. Bu gün dünya birliyi ölkələri müstəqil Azərbaycanla hesablaşır, ölkəmizi beynəlxalq aləmdə nüfuzlu söz sahibi olan dövlətlərdən biri kimi qəbul edirlər. Əlbəttə ki, bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər