Bu dövlətlər İsrail nümayəndə heyətləri ilə Qəzzada atəşkəs planı ilə bağlı danışıqlar aparıb
Tarix: 08-10-2025 | Saat: 21:38
Bölmə:Özəl | çapa göndər

Türkiyə, Misir və Qətərdən olan nümayəndə heyətlərinin Qəzzada sülh planı üçün ABŞ və İsrail nümayəndə heyətləri ilə danışıqlar apardığı bildirilib.
Misirin "Qahirə əl-İxbariyyə" telekanalı Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dolayısı ilə aparılan danışıqlar barədə məlumat yayıb.
Telekanal "Misir və Qətər vasitəçilərinin HƏMAS ilə görüşündən sonra ABŞ və İsrail nümayəndə heyətləri ilə məsləhətləşmə iclası keçirdiklərini" bildirib.
Məlumatda qeyd olunub ki, danışıqlar günün əvvəlində yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayıb. Danışıqlarda məhbus mübadiləsi, İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün təminatlar, İsrailin Qəzzanı tərk etməsi və Qəzzaya yardımın daxil olması müzakirə edilib.
Danışıqlarda Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misirin kəşfiyyat direktoru Həsən Mahmud Rəşadın iştirak etdiyi bildirilir.
İsrailin danışıqlar qrupuna strateji məsələlər üzrə nazir Ron Dermerin rəhbərlik etdiyi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşnerin də iştirak etdiyi bildirilib.
Xəbərdə adı açıqlanmayan mənbələrə istinadən bildirilib ki, əsir mübadiləsi zamanı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin siyahısı müzakirə edilib. Həmçinin ABŞ prezidenti Trampın Qəzzada atəşkəs planı ilə bağlı təfərrüatlara aydınlıq gətirilməsini istəyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2025