Mobil versiya
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Tarix: 08-10-2025 | Saat: 17:09
Bölmə:Siyasət | çapa göndər

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü Ankarada keçiriləcək.

aia.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu ölkələrin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf planlarını müzakirə edəcəklər. Növbəti il müdafiə nazirlərinin görüşü Azərbaycanda keçiriləcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, Gürcüstanın müdafiə naziri İrakli Çikovani, həmçinin türkiyəli və azərbaycanlı həmkarları - Yaşar Gülər və general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər keçirəcək.

Üçtərəfli görüşün yekunları üzrə nazirlər birgə bəyannamə imzalayacaq və bəyanat verəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2025