Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi
Tarix: 08-10-2025 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan bütün fəaliyyətini sülh və əməkdaşlıq prinsipləri üzərində quraraq, bölgədə uzunmüddətli sabitlik üçün konkret təkliflər irəli sürüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan sülh gündəliyi Azərbaycanın gələcəyə baxışını, məsuliyyətli mövqeyini və regionda konstruktiv rol oynamaq istəyini açıq şəkildə nümayiş etdirir. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürdü. Bu prinsiplər qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünə hörmət, sərhədlərin delimitasiyası və açılması, kommunikasiyaların bərpası və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələləri əhatə edir. Bu, Azərbaycanın sülhə və əməkdaşlığa verdiyi ciddi töhfədir və beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Son dövrlərdə atılan praktiki addımlar Azərbaycanın bu sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir. Sərhədlərin delimitasiyası istiqamətində başlanmış danışıqlar prosesi, sərhəd kəndlərinin dinc şəkildə Azərbaycana qaytarılması və regionda nəqliyyat əlaqələrinin bərpasına dair irəli sürülən təşəbbüslər bunu aydın şəkildə göstərir. Bütün bu addımlar göstərir ki, Azərbaycan revanşizmdən uzaq, gələcəyə baxan, bölgədə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranmasına töhfə verən siyasət yürüdür. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç bir halda müharibə istəmir və sabitlik naminə bütün imkanlardan istifadə etməyə hazırdır. Buna baxmayaraq, Azərbaycan həm də milli maraqlarını qətiyyətlə müdafiə edən və suverenliyindən geri addım atmayan güclü dövlətdir. Məhz bu iki amilin – sülhə sadiqlik və güclü dövlət mövqeyinin vəhdəti Azərbaycanın regionda əsas söz sahibi olmasına səbəb olub. Bundan əlavə, Azərbaycanın sülh gündəliyi yalnız Ermənistanla münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Ölkəmiz bütövlükdə regionda əməkdaşlıq mühitinin yaradılmasına, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsinə, beynəlxalq hüquq və ədalət prinsiplərinin bərqərar olmasına yönəlmiş siyasət həyata keçirir. Bu siyasət regional oyunçular və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir və Azərbaycanın artan nüfuzunun göstəricisinə çevrilib.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2025